
ÖMÜR YOLLARI
(portret proqram)
“Ömür yolları” verilişi ədəbiyyat və incəsənət xadimlərinin həyat və yaradıcılığına həsr olunub. Hər dəfə bir yazıçı, dramaturq, rəssam, bəstəkar və ya aktyor verilişin qonağı olur. Həmin şəxslərə ünvanlanan sualları qonaqlar cavablandırır. Onlar haqqında ən yaxın dostları və digər incəsənət xadimləri də öz fikirlərini bölüşürlər. Verilişin qəhrəmanının yaradıcılığı ilə bağlı tamaşalardan parçalar və ya filmlərdən fraqmentlər təqdim olunur. Veriliş həftənin cümə günü saat 19:00-da 30 dəqiqə xronometrajla efirdə yayımlanır. Verilişin ssenari müəllifi və rejissoru Zəhra Qürbətdi.