
KAPİTAL
(iqtisadi proqramı)
Bu layihə iqtisadi xəbərlərə həsr olunduğundan verilişdə 30 dəqiqə ərzində dünya və ölkə iqtisadiyyatında baş verənlər barədə məlumatlar öz əksini tapır. Yayımlanan süjetlərdə əsasən bölgə və ölkə daxili iqtisadiyyatda baş verən hadisə və yeniliklər haqda məlumat, təhlillər öz əksini tapır. Dəvət olunan qonaqlarla aktual mövzuların müzakirəsi aparılır. Hər verilişdə həmin buraxılış üçün efirə gedən məlumatların əsas məğzi və müəyyən iqtisadi terminlərin açıqlamaları ikili qaçan sətir şəklində verilir. “Kapital”ın məqsədi dünya və ölkədaxili iqtisadiyyatda baş verənləri tamaşaçılara çatdırmaqla yanaşı, bilmədikləri bu səpkidə mövzuları açmaq və onlara ətraflı məlumat verməkdir. Həmçinin ölkənin qlobal iqtisadiyyata çıxış imkanları üçün hər bir vətəndaşın üzərinə düşən vəzifələri yerinə yetirməyə sövq etməkdir.
Bizim devizimiz: “Kapitala ayıracağınız investisiya vaxt olsun”.
2009-cu il fevral ayının 10-dan yayımlanan “Kapital” verilişi hər həftənin çərşənbə axşamı saat 19:00-da efirdə olur.