
KƏPƏZ FUTBOL KLUBU
“Kəpəz” Futbol Klubu adından da göründüyü kimi idmanın futbol növünə həsr olunan verilişdir. Yaradıcı heyətin məqsədi ölkə futboluna qərbdən yönələn baxışı formalaşdırmaqdır. “Kəpəz” Futbol Klubu həftə boyu Azərbaycan futbolunda baş verən hadisələri özündə əsk etdirəcək. Bura millinin məşqləri və oyunları, premyerliqa, 1-ci dəstə, həvəskarlar liqası və kubok oyunları daxildir. Təbii ki, “Kəpəz” Futbol Klubunda Gəncə futboluyla bağlı sujetlər də efirdə yayımlanacaq. Hər verilişdə şəhər futbolunun tarixindən, uşaq futbolundan, həmçinin yerli komandaların çıxışından bəhs edən xəbərlər yer alacaq. Ümumilikdə isə veriliş boyu daha çox çempionata – premyerliqaya yer veriləcək. Studiyaya 2 qonaq dəvət olunacaq. Onlar da həftə boyu baş verənlərə öz münasibətini bildirəcək. Və qarşılıqlı müzakirələr ətrafında söhbət aparılacaq.
“Kəpəz” Futbol Klubu çərşənbə axşamı 22:15-də “Kəpəz”in efirində.