« Geri

İran Qərbi "neft oyunu"nu başlatmaqda ittiham edir

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

İran Qərbi "neft oyunu"nu başlatmaqda ittiham edir. İranın Dövlət Neft Şirkətinin rəhbəri Əhməd Qalehbani Avropa liderlərini İranla Qərb arasında gərginliyi artırmaqda ittiham edib.

O bildirib ki, 103 il əvvəl Məcid Süleyman ərazisində ilk dəfə neft aşkar edildikdən bəri İran heç vaxt nefti siyasi təsir vasitəsi kimi istifadə etməyib. Onun sözlərinə görə, bu oyunu başlayan avropalılardır. Sitat: "Əgər Avropa şirkətləri bizimlə müqavilələr imzalamaq istəyirsə, biz onlardan 2 ildən 5 ilədək şərtsiz müqavilə imzalamağı tələb edəcəyik, əks təqdirdə, Avropa xalqları üçün neftə qadağa qoyan İran olmayacaq, buna görə məsuliyyəti Avropa liderləri daşıyacaq" sitatın sonu. Əhməd Qalehbani, həmçinin, qeyd edib ki, bir ay əvvəl neftin qiyməti 103 dollar olanda o, neftin qiymətinin 150 dollara qalxacağını proqnozlaşdırmışdı, indi isə neftin qiyməti artıq 122 dollara çatıb. Bu arada, İranın "Mehr" agentliyi Əhməd Qalehbaniyə istinadən yazır ki, Tehran Fransa və Böyük Britaniyaya qoyduğu neft embarqosunun digər Avropa ölkələrinə də şamil edilməsini nəzərdən keçirir.

21 fevral, 2012 - 17:46


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player