İran İngiltərə və Fransaya xam neft ixracını dayandırıb. Bu barədə, İranın xarici işlər və neft nazirlikləri məlumat yayıb.
Hər iki nazirliyin məlumatına görə, artıq Fransa və İngiltərənin neft şirkətlərinə xam neft və neft məhsulları satılmayacaq. İran rəsmi qurumları ölkələrinin neft satmaq üçün müştəri axtarışında olmadıqlarını bildirərək, bundan sonra İngiltərə və Fransanın əvəzinə başqa ölkələrə xam neft satılacağını deyib. Qeyd edək ki, bir neçə gün öncə Fransa, Hollandiya, İtaliya, İspaniya, Yunanıstan və Portuqaliyanın Tehrandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq, Avropa Birliyinin İrandan neft almasını qadağan etməklə bağlı qəbul etdiyi qərarına bir daha baxmasını istəmişdi. Qeyd edək ki, Avropa Birliyi İrana sərmayə qoyulmasına sanksiya tətbiq etdiyi sahələr siyahısına neft sənayesini də daxil etmiş və bu il 1 iyuldan etibarən bu ölkədən xam neft ixracını dayandıracağını bildirmişdi. Bununla yanaşı, Avropanın da İrana sanksiyaları davam edir.