« Geri

İran Avropaya neft ixracı üçün üç şərt irəli sürüb

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

İran Avropa ölkələrinə neft ixracını davam etdirmək üçün üç şərt irəli sürüb. Bu barədə, İspaniyanın sənaye naziri Xose Manuel Soria bildirib. Onun sözlərinə görə, Avropa Birliyinə üzv olan 6 ölkənin səfirlərinin İran Xarici İşlər Nazirliyinə çağırılması da həmin şərtləri açıqlamaq məqsədi daşıyıb: Sitat: “Birincisi, İran ixrac etdiyi neftin pulunun ödənilməsinin zəmanət altına alınmasını istəyir. İkincisi, İran Avropaya neft satışı ilə bağlı müqavilələrin 3 və ya 5 illik bağlanılmasını tələb edir. Üçüncüsü, İran sazişlərin heç bir şəkildə alıcı ölkələr tərəfindən ləğv edilə bilməməsi şərtini irəli sürüb” sitatın sonu. Soria, həmçinin, İranın AB ölkələrinə qısamüddətli müqavilələr çərçivəsində neft satışı təklifini də rədd etdiyini vurğulayıb.

18 fevral, 2012 - 17:46


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player