« Geri

Gəncədə qəza vəziyyətində olan uşaq bağçası binaları sökülür

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Gəncədə uşaq bağçalarının qəza vəziyyətində olan binaları sökülərək yerində təzələri tikiləcək. Soyuq və şəraitsiz otaqları olan bağçaların sayı azalacaq. Prezident İlham Əliyevin məktəbəqədər müəssisələrin inkişafına dair imzaladığı sərəncam əsas tutularaq Gəncənin 2 saylı uşaq bağçası üçün yeni bina inşa olunacaq. Gəncənin 3 saylı körpələr evi uşaq bağçası isə tam təmir ediləcək. Bildirək ki, 2013-cü ilin sonuna kimi respublikada bütün məktəbəqədər müəssisələr tam təmir edilməlidir.

28 yanvar, 2012 - 12:38


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player