« Geri

DOSTLAR 

(uşaq proqramı)

Kəpəz TV-nin tamaşaçılara təqdim etdiyi növbəti maraqlı layihələrdən biridir. Öz yığcamlığı, rəngarəng bədii tərtibatı, peşəkar aktyor oyunu, fidan körpələrin psixologiyasını dərindən duyan- bilən rejissor və rəssam işi ilə fərqlənən bu verilişdə balaca tamaşaçılara vətəni sevmək, doğma el-obaya bağlılıq, böyüyə hörmət, ata-anaya qayğı, təbiəti sevmək, canlı aləmi qorumaq, elmə-təhsilə maraq kimi hisslər aşılanır.

“Dostlar”-da azyaşlı aparıcı ilə real həyatdan götürülən personajlar da yer alıb. 4-7 yaş arası azyaşlı tamaşaçılar üçün nəzərdə tutulan bu ekran əsərinin onlar üçün bir tərbiyə məktəbi olacağını əminliklə söyləmək olar.

“Dostlar” uşaq proqramının aparıcıları Gülay Hacıyeva və Firuzə Salahova,rejissoru Çinarə Hüseynzadədi.
Hər həftənin bazar günü saat 10:00-da efirdə yayımlanan "Dostlar"-ı izləməyi unutmayın.

dostlar@kepeztv.az

 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player