« Geri

Dünya Bankına yeni prezident seçiləcək

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Dünya Bankının Direktorlar şurası bu il aprelin 20-dək yeni prezidenti təyin edəcək. Bu barədə, bankın mətbuat xidməti məlumat yayıb. 2007-ci ildən DB-da prezident vəzifəsini Robert Zellik tutur. Zellik bu ilin yayında istefaya gedəcək. ABŞ və Qərbi Avropa arasındakı qeyri-rəsmi «centlmen sazişi»nə görə Dünya Bankının prezidenti amerikalı, Beynəlxalq Valyuta Fondunun rəhbəri isə avropalı təyin olunur. Prezidentliyə namizədlər martın 23-dək Direktorlar şurasının üzvləri tərəfindən irəli sürülə bilərlər. Şura üzvləri namizədi ya öz adlarından, ya da təmsil etdikləri ölkənin adından irəli sürə bilərlər.

18 fevral, 2012 - 22:46


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player