« Geri

Bu ildən məktəbəqədər təhsil ocaqlarında bir sıra yeniliklər tətbiq olunacaq

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Bu ildən etibarən Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulu elektron qaydada aparılacaq. Həmçinin, məktəbəqədər təhsil müəssisələri də Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq İcra Hakimiyyətlərinin balansına keçirilib.
Xatırladaq ki, ötən ilin dekabrın 27-də Prezident İlham Əliyev Azərbaycanda uşaq bağçalarının və uşaq evlərinin inkişafı və yerli İcra Hakimiyyəti orqanlarının tabeliyinə verilməsi ilə bağlı sərəncam imzalayıb. Məsələyə münasibət bildirən Gəncə şəhər Təhsil İdarəsinin məktəbəqədər müəssisələr üzrə aparıcı məsləhətçisi Nəcabət Kalayeva deyir ki, İcra Hakimiyyətlərinin balansına verilməsi bağçaların maddi cəhətdən təminatını gücləndirəcək. Müsahibimiz, həmçinin, bildirib ki, təhsilin keyfiyyətinin artırılması və durumun yaxşılaşdırılması istiqamətində idarə tərəfindən ötən il mühüm işlər görülüb. Aparılan islahatlar çərçivəsində Gəncənin uşaq bağçalarında çalışan 14 pedaqoq vəzifəsindən azad edilib. Müsahibimiz vurğulayıb ki, bağçaların vəziyyəti normallaşdıqca qəbul olmaq üçün müraciət edənlərin sayı da durmadan artır. Onun sözlərinə görə Gəncədə bəzi məktəbəqədər uşaq bağçalarında qrup çatışmazlığı yaranıb. Bununla bağlı yeni qruplar yaratmaq üçün bir neçə məktəbəqədər tərbiyə müəssisəsi Təhsil İdarəsinə müraciət edib.

Nəcabət Kalayeva - Gəncə şəhər Təhsil İdarəsinin məktəbəqədər müəssisələr üzrə aparıcı məsləhətçisi: “42 müəssisədə 1200-dək uşaq ümumtəhsil məktəblərinin 1-ci siniflərinə yola salınıb. Həmin sayda da uşaqlar bağçaya qəbul olunub. Hazırda 227 qrupumuz fəaliyyət göstərir ki, 4290 uşaq ictimai tərbiyəyə cəlb olunub”.

Bu arada Nazirlər Kabineti uşaq bağçalarına qəbulun elektron qaydada aparılmasını təhsil sahəsində elektron xidmət növü kimi təsdiqləyib. Bundan sonra məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbul olunması üçün valideyn elektron qaydada müraciət edəcək.

Həmin müəssisələr bu məsələyə baxacaq və daha sonra valideynlə əlaqə yaradılacaq. İlkin olaraq bu proses pilot ərazilərdə həyata keçiriləcək.


İlham Ələkbərli

26 yanvar, 2012 - 16:17


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player