« Geri

Braziliya karnavalında qalmaqal baş verib

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Braziliyanın Rio-de-Janeyro şəhərində möhtəşəm karnaval davam edir. məşhur Rio karnavalının əsas hissəsi olan samba müsabiqəsi qalmaqalla başa çatıb.

Daha çox Rio karnavalı kimi tanınan "Banda de İpanema" adlı karnavalın ən əsas tədbiri - samba rəqs məktəblərinin müsabiqəsi başlayıb. Müsabiqə Sambadrom adlı xüsusi yerdə keçirilir. Müsabiqənin ilk günündə 6 samba məktəbinin rəqqasları öz hünərlərini nümayiş etdirib. Ümumilikdə bu möhtəşəm şouya 70 mindən çox adamın tamaşa edəcəyi gözlənilir. Hər bir parad maksimum 82 dəqiqə davam edir və 8 böyük səhnədə 3000-dən çox rəqqas rəqs edir. Sambadrom adlı xüsusi meydançada 14 samba məktəbinin rəqqasları yarışıb. Müsabiqənin nəticələri elan edilərkən isə qarışıqlıq yaşanıb. Belə ki, "Moçidade Aleqre" samba məktəbinin üstünlüyə malik olduğu ehtimal edildiyindən, qalib elan edilərkən rəqib məktəbin tərəfdarları iğtişaş yaradıb. Tərəfdarlardan biri səhnəyə çıxaraq, səsvermə nəticələrinin olduğu məktubu cırıb. Nəticələr yalnız bir nüsxədə olduğundan, tamaşaçılar hansı samba məktəbinin qalib olduğunu bilməyib. Etirazçılar səhnə ətrafındakı barrikadaları da dağıdıb. Daha bir samba məktəbinin tərəfdarları isə rəqib məktəblərdən birinə məxsus səyyar səhnəni yandırıb. Polis faktla bağlı 2 nəfəri həbs edib. Qeyd edək ki, bu il Rio-de-Janeyro karnavalına bütün dünyadan 1 milyondan çox çox turist gəlib.

22 fevral, 2012 - 22:40


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player