« Geri
Mətn ölçüsü:  

“Of! Hardasan, ay Sovet höküməti?”

Ziyalı, görkəmli bir ağsaqqalın məscid önünə yığışmış, əli təsbehli, nəyi isə qızğın müzakirə edən saqqallı gəncləri süzərək söylədiklərindən.

“Quran”dan kənar bəzi dini mülahizələri əsas götürərək siğə, muta və müvəqqəti kəbin kimi tanınan qondarma izdivac təzahürləri deyəsən bir əsirlik fasilədən sonra yenidən boy verir.

“Bir neçə il bundan qabaq dul bir qadınla yaxın münasibətdə idim və qərara gəldim ki, onunla müvəqqəti siğə kəsdirim. Siğənin müddəti bunu edənin istəyindən asılı olduğu üçün mən hər dəfə bu müddəti 1 illik təyin etdirdim”- deyə Fariz Məmmədov adlı bir şəxs, indiyəcən baş vurduğu siğə münasibətlərindən danışdı.

Özünü imanlı bir şəxs adlandıran Fariz deyir ki, bu günə kimi iki ərsiz qadınla fərqli müddətlərdə, belə müvəqqəti kəbini olub.

“Siğənin müddəti bir neçə illik, aylıq, hətta bir günlük və ya bir neçə saatlıq da ola bilər və bu izdivac yalnız hər iki şəxsin özünün iştirakı ilə bağlanmaqla müvəqqəti kəbin sayılır. Yəni xüsusən namaz qılan kişi və qadınlar üçün zina, günah olmasın deyə, belə yaxın münasibətləri bir növ rəsmiləşdiririk. Mən siğə etdiyim hər bir qadının mehrini lazımınca ödəmişəm”-deyə müsahib hərəkətlərini əsaslandırır.

Fariz siğə üçün xüsusi dua yazılmasının vacibliyini və belə bir duanı, məscidə (Şah Abbas) namaz qılmağa gələn yoldaşlarından aldığını bildirir.

“Belə bir duanı qadınlar da ala bilərlərmi?” sualına isə müsahib “Siz özünüz oradakı namaz qılan qadınlardan bunu çox rahatlıqla əldə edə bilərsiniz”- deyə, cavab verdi, hətta özünün Qeyd- muta (siğə) duasının əlyazma formasını bizim üçün də Fariz gətirdi.

Qeyd edək ki, sözügedən məsələ haqda şiə və sünni cərəyanlar arasında fikir ayrılığı mövcuddur. Şiələr özlərinin təqlid etdikləri alimlərin fikrinə əsaslanaraq deyirlər ki, muta nikahı islamda qəbul olunandır. Sünni təriqətlərinə mənsub müsəlmanlar isə bunu qəti inkar edirlər.

Şahsevənlər Məscidinin imamı Hacı İlham deyir ki, hazırda Gəncə şəhərində müvəqqəti nikah kimi anlaşılan siğəyə meyl edənlər çoxdur:

Heç kimə sirr deyil ki, “Belə işlər birbaşa şəhərin nüfuzlu dindarlarının əli ilə görülür. Hansı ki, buna “müvəqqəti kəbin” adı qoymaqla qadınları da günaha cəlb edirlər. Şiə alimləri Qurandakı Ən-Nisa (Qadınlar) surəsinin 24-cü ayəsinin sonuncu bəndinə (İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! ) istinad edərək muta nikahına haqq qazandırırlar. Lakin onlar bu ayənin əvvəlki bəndlərini bir növ diqqətdən yayındırırlar: (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi).

Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. Ən-Nisa surəsi, 24-cü ayə.”

Bəs görəsən şəhər məscidlərindəki dindarlar necə, belə siğələrin bağlanması üçün müarciətləri qəbul edirlərmi?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə hazırda Gəncə şəhərində rəsmi olaraq 6 məscid (Şah Abbas (Cümə), Qazaxlar, Şahsevənlər, Qırıxlı, Həzrəti Zeynəb və Fatimeyi Zəhra) dini fəaliyyət göstərir.

Bu camelərin imamları bildirdilər ki, onların ibadərgahında dini nikah kəsilir, şəhadətnamə verilir, lakin müvəqqəti kəbin (siğə) olunmur. Deyilənlərin səmimiliyinə inanıb üz tutduq şəhərin mərkəzi məscidi sayılan və dini idarəçiliyin yerləşdiyi Şah Abbas (Cümə) Camesinə. Şəhərin axundu Hacı İskəndər onların dini idarəsində heç bir kəsə müvəqqəti kəbinin kəsilmədiyini, ümumiyyətlə burada belə hallara yol verilmədiyini söylədi.

“Əlbəttə, siğə etmək dində qadağan olunmayıb, sadəcə onun özünün də müəyən şərtləri var.

Lakin nə mən, nə də burda çalışan digər din xadimləri muta nikahı etmirik. Buraya yüzlərlə adam gəlir, onların nə işlə məşğul olmalarına biz cavabdeh deyilik, yalnız öz gördüyümüz işlərə cavab veririk”.

Amma son illər Gəncə şəhərində gəzən söz-söhbətlər bu eşitdiklərimizin əksindən xəbər verir. Biz də bu məsələləri yoxlamaq üçün bir qədər “kəşfiyyat” etmək qərarına gəldik. Öyrəndik ki, şəhərdə bu işləri düzüb-qoşan adamlar mövcuddur.

Əvvəlcədən tanıdığımız, Ruziyyə (ad dəyişdirilib) adlı qadınla görüşdük. Onunla ətraflı söhbətimiz zamanı məlum oldu ki, bir neçə il bundan qabaq onun həyat yoldaşı dünyasını dəyişib, bir övladla dul qalıb. Bir müddət sonra o, subay bir şəxslə yaxınlıq əlaqə qurub və həmin şəxslə əvvəlcə siğə kəsdirmək istəsə də sonra bu fikirdən vaz keçib:

“Mən hətta siğə haqda məlumat almaq üçün məscidə gedib ora gələn qadınlarla görüşdüm. Onlar da mənə əvvələn məscidin həyətində dini ədəbiyyat və ləvazimat satılan köşkdən bir “siğə duası” almağımı məsləhət vermişdilər. Lakin yaxın qohumlarımdan biri mənə bu hərəkətin nə demək olduğunu, onun müvəqqəti və qeyri-ciddi münasibət olduğunu başa saldı. Əslində belə şeylər münasibətlərin müvəqqəti olacağına ehyam vurur. Belə anlaşılır ki, kiminsə xoşuna gələcəm və məni bir neçə günlük siğə edəcək, sonra lazım olamayan vaxt çıxıb gedəcək.”- deyə, müsahibim qeyd etdi.

Ruziyyə deyir ki, siğə edənlər və bunu islamda doğru yol kimi qələmə verib digər şəxslərə də məsləhət görənlər Şah Abbas məscidinə tez-tez gəlirlər. Bizi maraqlandıran suallara cavab ala bilməyimiz üçün o, bizə belə şəxslərdən birinin telefon nömrəsini verdi.

Sevda xanım (ad şərtidir) deyilən həmin qadınla görüşməyə çox asan müvəffəq olduq.

Ondan deyilənlərin nə dərəcədə həqiqətə uyğun olmasını öyrənmək üçün necə deyərlər, obraza girməli olduq. Onunla söhbətimizdə bizi təəccübləndirən, həmçinin ikrah doğuran hisslər yaşadıq. Əvvəl mənimlə bu barədə söhbət etməyə ehtiyat edən müsahibim, sonradan obrazımın “təbiiliyini” görüb, ürəyini açdı.

Mən ona guya dul olduğumu və həyatımda subay bir oğlanla yaxın münasibətdə olduğumu, həmin oğlanın isə namaz əhli olduğundan bu münasibəti qanuni şəklə salmaq üçün mənə siğə etdirməyi təklif etdiyini dedim. Bu addımın nə dərəcədə doğru və necə etdirmək mümkün olduğunu soruşdum.

Sevda dedi ki, artıq 6 ildir namaz qılır, məscidə gedir və az-çox islamın qaydalarından xəbərdardır və bu “əsasla” da məsləhət verməyə girişdi:

“Sənin onunla birlikdə olmağın günah sayılmır bəli, doğurdan da onula siğə etdirməlisən. Hətta arzu olunandır ki, mutanı onunla yaxınlıq etdiyin gündən oxutdurasız. Bunun üçün siz birlikdə və ya oğlan özü məscidin imamına müraciət etsin (şəxsiyyət vəsiqələrinizi aparmaqla) və desin ki, “bu qadın mənim halalımdır, bizim siğəmizi oxuyun.” Qiymətini dəqiq bilmirəm, hər-halda çox baha deyil, amma bunu etdirməyiniz məqsədə uyğundur. Mən belə hallarla çox qarşılaşmışam, evli kişilər yaxınlıq etdikləri qadınların hamısı ilə siğə etriblər.”

-Bəs valideynləri onu başqası ilə evləndirsə necə, bizim siğəmiz pozulmayacaqmı?

-Yox, mən özüm oxumuşam ki, islamda hər bir kişiyə 4 qadın düşür.

Suallarıma mənə lazım olan cavabları aldığımı görüb, “bir rəfiqəmin taleyi” haqda “maraqlı” bir sual verdim.

-Mənim bir rəfiqəmin ailəsi, övladı var, lakin həyat yoldaşı bir-neçə ildir Rusiyadadır. Ora getdiyi müddətdən ailəsini axtarmır, gəlmir. Hazırda həmin qadının həyatında bir şəxs var. Onların da siğə etdirməsi mümkündürmü, yəni günah sayılmaz ki?

-Yox günah deyil, mən özüm dini kitablardan oxumuşam ki, əgər kişi 4 aydan artiq öz qadınına yaxın getmirsə həmin qadın başqa kişi ilə siğə kəsdirə bilər.

Belə “dəyərli” məsləhətlər aldıqdan sonra Sevda xanımla sağollaşıb ayrıldıq.

Onunla söhbətimizdə bizi əndişələndirən məsələ, evli qadının ailəli ola-ola başqa kişi ilə siğə etdirməyin “mümkün olması” və bunun islam qanunlarına uyğun olduğunun iddia edilməsi oldu. Bu məsələ haqda da Şahsevənlər məscidinin imamı Hacı İlhamdan bilgi əldə etmək istədik. O, bildirdi ki, belə fikirlər tamamilə islama ziddir və Quranda bunun haqda dəqiq fikirlər əks olunub. Hacı İlham həmçinin din alimi Əbdüləzim ibn Bədəvi əl-Xələfinin Quranın və səhih hədislərin izahı olan “İslam Fiqhi” kitabından muta nikahının haram olması haqda bizə dəqiq sübutlar göstərdi.

Orada bu haqda belə deyilir: “Bu nikah müvəqqəti və ya kəsik nikah adları ilə də adlanır. Mahiyyəti isə budur ki, kişi qadınla 1 günlük, yaxud 1 həftəlik, 1 aylıq və ya bir müddətlik nigah bağlayır. Belə nigah əhli-sünnə alimlərinin fikrinə görə yekdil olaraq haram sayılır. Hətta nikah bağlansa da batil sayılır”.

Hacı həmçinin Quranın Əl-Bəqərə 228, 229, Ət-Talaq surələrinin müvafiq ayələrindən misallar göstərək kişilərin ailəli qadınlarla siğə olunmasının, ümumiyyətlə muta nikahının islamda günah və haram iş olduğunu bildirdi.

Dini nikah vacibdirmi?

Gəncə Şah Abbas,Cümə məscidinin imamı Hacı İskəndər deyir ki, 17 illik dini idarədəki faliyyəti dövründə onun özünün apardığı müşahidələrə görə, dini nigaha daxil olanların sayı azalıb, ailə quran gənclər dini nigaha daxil olmağa o qədər də meylli deyillər.

“Digər müsəlman dövlətlərində olduğu kimi bizdə də ali və ya orta təhsil müəssisələrində dini bilgilər verilsə, onda bugünki gündə biz belə problemlərlə qarşılaşmarıq. Əgər biz özümüzü müsəlman adlandırırqsa, onda onun qaydalarına da əməl etməliyik. Yəni evlənən zaman gənclərin dini nikaha daxil olması mütləqdir.”- deyə, o vurğuladı.

Hacı İsgəndər dini nikaha daxil omaq istəyənlərin qarşısında çox da çətin tələblərin olmadığını vurğuladı. Burada əsasən evlənmək istəyən hər iki gəncin şəxsiyyətini təsdiq edən sənəd, rəsmi nikah şəhadətnaməsi və hər iki tərəfdən ən azı 2 şahidin (valideyn və ya yaxın qohum) olmasının mütləqliyini dedi.

“Talağı yalnız Təzə Pir-də geri oxuyurlar”

Bəli, “siğə” məsələsində olduğu kimi, boşanma, “talaq” haqqında da sən demə eyni dinin görəvliləri arasında da müxalif baxışlar varmış.

“Bizə talağın geri oxunması səlahiyyəti verilməyib. Əgər belə bir müraciət olarsa, tərəfinmizdən məsələnin ciddiyyəti araşdırılır. Əgər fikilər qətidirsə, talağının geri oxunması üçün Bakıdakı “Təzə Pir” məscidinin qazilərinə müraciət edirik. Orada həmin şəxslərin talağı geri oxunur.” –deyə, Hacı İsgəndər izah etdi.

Şahsevənlər camesinin imamı Hacı İlham isə deyir ki, talağın verilməsi və ya onun geri oxunması kimi fikirlər tamamilə yanlışdır. Bununçün kimlərəsə müraciət etməyə ehtiyac yoxdur.

“İslamda kəbinli qadını ilə boşanmaq istəyən kişinin qarşısına bir çox tələblər qoyulur, yalnız həmin tələbləri yerinə yetirmək iqtidarında olan kişi 3 dəfə “talaq” deməklə qadınından boşanmış hesab olunur. Quranın Ən-Nisa və Ət-Talaq surələrində bu məsələ ilə bağlı geniş açıqlamalar var”-deyə, bu müsahibimiz də izah edir.

Doğrusu, uşaqlıqdan bəri M.Ə.Sabir, M.F.Axundov kimi vaxtilə xalqı cəhalətdən ayırmaq istəyən görkəmli maarifçilərimizin əsərlərindən köhnəliyin və qaragüruhun simvolları kimi tanıdığımız “siğə”, “başlıq” , “talaq” və s. bu kimi sözlərin günümüzdə “xortlayıb” üzə çıxması, şübhəsiz müasir və ədalətli cəmiyyət tərəfdarlarını sevindirə bilməz. Hətta bu təzahürlərin çox da uzaq olmayan sovet dövrü qaydaları ilə müqayisə baxımından qiymətləndirəndə də məşhur bir filmin adı yada düşür. “Geriyə, gələcəyə doğru”.

1 fevral, 2012 - 22:37

Maraqlı araşdırmadır.
İstər rəsmi olsun, istərsə də dini, nikahın əsas mahiyyəti iki şəxsin ailə qurmasını insanlara elan etməkdir. Elə bu səbəbdən də, iki nəfərin hansısa küncdə bir şarlatanın vasitəçiliyi ilə gizli sövdələşməsi nikah sayıla bilməz.
Qalan məsələlər də yazıda gözəl izah olunub.
Bu gözəl dini tamahları ucbatından belə qələmə verənləri Allah özü islah etsin!

Müəllif Rasim Əziz (qonaq), tarix 11 fevral, 2012 - 00:35.
stdClass Object
(
    [cid] => 51
    [pid] => 0
    [nid] => 5133
    [subject] => Maraqlı araşdırmadır. 
İstər
    [comment] => 

Maraqlı araşdırmadır.
İstər rəsmi olsun, istərsə də dini, nikahın əsas mahiyyəti iki şəxsin ailə qurmasını insanlara elan etməkdir. Elə bu səbəbdən də, iki nəfərin hansısa küncdə bir şarlatanın vasitəçiliyi ilə gizli sövdələşməsi nikah sayıla bilməz.
Qalan məsələlər də yazıda gözəl izah olunub.
Bu gözəl dini tamahları ucbatından belə qələmə verənləri Allah özü islah etsin!

[format] => 2 [timestamp] => 1328902500 [name] => Rasim Əziz [mail] => rasim.aziz@kepeztv.az [homepage] => [uid] => 0 [registered_name] => [signature] => [signature_format] => 0 [picture] => [data] => [thread] => 01/ [status] => 0 [depth] => 0 [new] => 0 )

Şərh

Содержание этого поля является приватным и не предназначено к показу.
  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • You can use BBCode tags in the text.
  • Строки и параграфы переносятся автоматически.
  • Image links with 'rel="lightbox"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Image links from G2 are formatted for use with Lightbox2
  • Image links with 'rel="lightshow"' in the <a> tag will appear in a Lightbox slideshow when clicked on.
  • Links to HTML content with 'rel="lightframe"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to video content with 'rel="lightvideo"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to inline or modal content with 'rel="lightmodal"' in the <a> tag will appear in a Lightbox when clicked on.

Подробнее о форматировании текста

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player