Ppl like you get all the brains. I just get to say thnaks for he answer.
Fəsillərin, qütblərin 4-dən ibarət olduğunu bilirdim, ancaq insan xasiyyətinin 4-ə ayrıldığını yeni öyrənmişəm. Gəncənin Hacıkənd qəsəbəsinə axşamdan yağan dolu səhər sellə nəticələnmişdi. Biz də operativliyimizi qoruyaraq çəkiliş qurupumuzla günün birinci yarısı olduq qəsəbədə. Təzəcə nəyi necə edəcəyimiz haqda düşünürdük ki, bir də gördük yerli camaat bizi dövriyyəyə alıb. İçlərindən alçaq boylu, qısa saçlı, yüksək səslə danışan bir qadın tək çarəmizin qəsəbənin mərkəzinə gedib, orda olan pis vəziyyəti işıqlandırmağımızın olduğunu bildirdi. Təqribən yarım metr olan palçıqlı sulardan keçə-keçə yağış sularının evləri daha çox dağıtdığı əraziyə getməyə çalışırdıq. Palçıqda yeriməyimizi görən kənddə doğulub böyüyən uşaqların bizə kənardan baxıb gülməkləri aydın sezilirdi. Elə bir az getmişdik ki, bir də gördüm arxada səs-küy qopub. Materialın studiyaya çatdırılma qorxusu və kamerada tək başıma çəkiliş edə bilməmək həyəcanı bürüdü məni. Az öncə hiddətlənən yüksək səslə danışan qadın indi də operatoruma əl qol atırdı: “Əəə, siz bilirsiz biz dünəndən nə çəkirik? Bəs biz nağarmalıyıq?” Elə o an uşaqlar, yaşıdlarım və böyüklər arasında kiçik araşdırma apardım məlum oldu ki, bu qadın “Kənd Ağsaqqlı”-dır. Hər kəsin onun qılıncının altından keçməsindən xüsusi zövq alan qadın yəqin özünü Beyrək bizi isə Yalıncıq hesab edib deyərək nəhayət ki, mənzil başına gəlib çatdıq. Doğrudan da yağan yağışdan sonra kəndin vəziyyəti yaxşı deyildi. Birdə gördüm sağ tərəfimdən kimsə “Zəhmət olmasa hər şeyi çəkin. Xahiş edirəm işıqlandırın bizim həyat şəraitimizi. Biz sizdən asılıyıq. Bəlkə dövlət qurumları səsimizə səs verə”-deyə, səs eşitdim. Bu məlahətli səsin sahibi sən demə kənd ağsaqqlıymış. Hər şeyi, sular altında qalan evləri, daşlara çırpılan mal-qara cəsədlərini, yararsız vəziyyətə düşən ev əşyalarını lentə aldıq. Bayaq ətrafımızda pərvanə kimi dolanan yerli camaatdan heç kimi görmədik. O an yolu istiqamətləndirən uşaq olmasaydı yəqin ki, həqiqətən də çəkilişimiz efirdə yayımlanmayacaqdı. Reportajımız uğurlu alındı. Hətta sonra dövlət qurumları tərəfindən vəziyyəti yüngülləşdirmək üçün əraziyə xüsusi texnikalar da cəlb edildi. Bizə isə əvvəlcə hiddət, sonra qəzəb, daha sonra xahiş, sonda isə laqeydliklə dolu olan kadr arxası görüntülər qaldı.
Mence basligi "Insanin 4
Mence basligi "Insanin 4 simasi" yazsaydin daha yaxshi olardi...Cunki sima ele xasiyyet demekdir...Xasiyyetin de simasi ola bilmez axi...Amma mence kontekst ugurlu alinib...Hem de novellaya oxsayir bu yazi...Sonda her hansi bir felaketle qarsilasacagini dusunursen, amma bu bas vermir...Bir de sujet xetteinde kuliminasiyani tuta bilmedim...