« Geri
Mətn ölçüsü:  

Dil həm psixologiyadır, həm də mədəniyyətdir. Hər bir ölkənin təkamülündə, onun tarixin müxtəlif sınaqlarından çıxmasında, azadlığının, müstəqilliyinin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində dilin rolu əvəzedilməzdir. Bütün dünya xalqlarında olduğu kimi Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən amillərdəndir.

Bir əsrdə bir neçə dəfə dəyişdirilən Azərbaycan dilinin başı az bəla çəkməyib.

Sovet dönəmində əhalinin rus dilinə meylliyi bu gündə də özünü göstərməkdədir. O dövrdə rus dilinin əhali arasında bu qədər məşhur olması nə qədər normal hesab olunurdusa, bu gün bir o qədər təəccüb doğurur. Təəccüb doğurur deyəndə ki, xəmirimiz beləcə yoğrulub. Yəni müstəqil bir dövlətdə yaşayasan, ana dilin Azərbaycan dili ola amma öz ölkəndə öz dilində danışanda səni başa düşməyələr, ya başa düşmək istəməyələr və s.

1991-ci ildə müstəqillik əldə edən Azərbaycanın indi bir dövlət dili var, o da Azərbaycan dilidir. Ölkəmizin tarix boyu keçdiyi keşməkeşli yollar dilimizə də təsirsiz ötüşməyib. Əksər vaxtlarda şahidi oluruq ki, əksər iş yerlərinə qəbul zamanı müraciətçidən ingilis, rus və öz dilini bilmək tələb olunur. Bunlar bir tərəfə əcnəbi dillərin dilimizə təsiri də çox düşündürücüdür. Əgər bir vaxtlar dilimizə rus dili təsir edirdisə, artıq onun sırasına bir sıra digər əcnəbi dillər də qoşulub. Məişətdə istifadə etdiyimiz bir sıra sözlər var ki, istəməsək belə işlətdiyimiz anda onu öz dilimizdə səsləndirmə bilmirik.

Onu da qeyd edim ki, xarici vətəndaşlara xidmət göstərilməsiylə əlaqədar olaraq bəzi xidmət sahələrində Azərbaycan diliylə bərabər əcnəbi dillərdən də istifadə oluna bilər. Lakin müəyyən olunub ki, belə olan halda əvvəlcə Azərbaycan dilində olan söz yazılmalıdır, sonra isə əcnəbi dillərdə olan sözlər qeyd edilməlidir. Xarici dildə yazılan tablo ana dilimizdə yazılandan daha kiçik olmalıdır. Bəli olmalıdır, amma şəhərimizdə elə yerlər var ki, əcnəbi dildə yazılan lövhə daha böyük planda olmaqla yanaşı həm də birinci qeyd olunur. Bundan başqa da bir məsələ də var, o da ki, əcnəbi dildə yazılan ifadələrin səhv qeyd edilməsidir, yəni hərflərin yeri səhv düşür.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il fevral ayının 21-də keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Təbii ki, Azərbaycan dili hal-hazırda məhv olmaq təhlükəsiylə üzləşməyib. Amma şərtdimi ki, üzləşsin ondan sonra əl-ayağa düşək. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və onu inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Çalışaq ki, ana dilimizi mükəmməl bilək və onu sağlam formada qoruyaraq gələcək nəsillərə ötürək.

21 fevral, 2012 - 13:21

Şərh

Содержание этого поля является приватным и не предназначено к показу.
  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • You can use BBCode tags in the text.
  • Строки и параграфы переносятся автоматически.
  • Image links with 'rel="lightbox"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Image links from G2 are formatted for use with Lightbox2
  • Image links with 'rel="lightshow"' in the <a> tag will appear in a Lightbox slideshow when clicked on.
  • Links to HTML content with 'rel="lightframe"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to video content with 'rel="lightvideo"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to inline or modal content with 'rel="lightmodal"' in the <a> tag will appear in a Lightbox when clicked on.

Подробнее о форматировании текста

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player