« Geri
Mətn ölçüsü:  

Allahın hikmətinə baxın ki, getdikcə daha çox azğınlaşan və insan simasını sözün bütün mənalarında itirən Suriya liderinin adı ərəbcədən tərcümədə elə “insan” mənasını verir.
Bir ilə yaxındır adı dünyanın dilindən düşməyən Bəşər Əsəd...
Bu cür dillərə dastan olmağı Allah heç kimə qismət etməsin.
O, artıq etirazçı kütləni topa tutur. Snayperlərinə “gündə 5 adamdan artıq öldürməyin, etirazçıların ən fəallarını nişan alın” təlimatını verdiyi mərhələni çoxdan keçib. Ortaya çıxan bütün foto və videogörüntülərdən də bəlli olur ki, isterikadadır. Yəqin elə bu səbəbdən də, nə etdiyinin fərqinə vara bilmir. Çox güman ki, ona da eyni səbəblər mane olur. O səbəblər ki, əvvəlki diktator həmkarlarını sonu olmayan bir yola sürüklədi. Ancaq nə yazıq ki, Əsəd gözü çıxmış qardaşlarından ibrət almaq niyyətində də deyil. Vəzifə və dünya malı hərisliyi onu elə kor edib ki, xalqı ilə “mübarizədə” hər yolu məşru görür. Tarix isə bir gerçəyi çoxdan sübut edib: Heç kim öz xalqı ilə mübarizədən qalib çıxmayıb.
Üstəlik bunu anlamaq üçün dərin tarix bilgisinə, böyük analiz qabiliyyətinə sahib olmaq da zəruri deyil. Elə boynunu çevirib ən yaxın keçmişə baxsa, gözləri qarşısında bir neçə ay əvvəl baş verənləri xatırlasa da kifayətdir. O isə əksinə, aylardır ayaqda olan müxaliflərə daha çox divan tutmaq üçün yeni yollar axtarmaqdadır.
Xalqa artilleriyadan atəş açmaq nə deməkdir? Artilleriyadan mühariblərdə adətən düşmənin zirehli texnikası və strateji əhəmiyyətli obyektləri vurmaq üçün istifadə edirlər. Daha canlı qüvvəni yox. Üstəlik, bu canlı qüvvənin, daha doğrusu Bəşər Əsədin insan yox canlı qüvvə kimi gördüyü xalqın, etirazçı kütlənin yeganə “günahı” onun istefasını istəməsidir. Bəlkə də, elə Əsəd də, artıq düşmən gözündə gördüyü xalqının getdikcə artan etirazlarını bir zirehli texnika kimi təhlükəli gördüyündən, məhz belə vicdansız mübarizə üsullarını seçir.
Yanlış xatırlamıramsa, alman yazıçısı Erix Mariya Remark deyib: Bir insanın ölümü ölüm, bir milyon insanın ölümü isə statistikadır. Elə Suriyada da vəziyyət artıq bu həddə çatıb. Bir müddət əvvəl bu ölkədə hökumət qüvvələrinin altı mindən artıq adam öldürməsi ilə bağlı BMT hesabatına etiraz edən Əsəd özünə necə bəraət qazandırmağa çalışsa yaxşıdır? “Hesabat qəzərlidir, 6 min yox, 4 min adam ölüb”.
Məntiqə baxın. Əqidəyə baxın. İnsanlığa baxın.
Bu nə amansızlıqdır? Belə çıxır ki, onun altı yox, dörd min adam öldürməyə haqqı çatır. Mən heç iğtişaşlarda ölən və çox da xatırlanmayan hökumətin təhlükəsizlik qüvvələrinin mindən artıq əməkdaşlarını demirəm. Axı, onların da ölümünün məsuliyyəti məhz Bəşər Əsədin boynuna düşür.
Amma bir azca insan olmaq kifayət edərdi ki, anlasın. Onun vəzifədə qalması minlərlə yox, heç bir insanın da həyatına dəyməzdi. Dəyməz! Fani dünya üçün, vəzifə üçün, sərvət üçün bu cür damğalanmağa, tarixə belə bədnam adla düşməyə dəyməz.
Bu əməllərin axirət hesabından danışmağa da ki, yəqin heç gərək yoxdu. Gözünü qan örtən biri bu mətləbləri onsuz da çoxdan unudub.
O, indi başını ucuz təsəllilərlə qatır. Rusiyanın, Çinin BMT-də Suriyaya qarşı qətnamə qəbul olunmasına veto qoyması, İranın verdiyi hər tərəfli dəstəklə ovunur. Amma gözünü qan örtən Əsəd onu da unudur ki, dar ayaqda, son məqamda neçə-neçə müttəfiqlərini güdaza verən bu dövlətlərin dəstəkləri Suriya sevgisinə yox, sırf şəxsi maraqlara əsaslanır.
Rusiya qərbin getdikcə daraltdığı hərbi və siyasi həlqənin cənubdan öz sərhədlərinə yaxınlaşmasına mane olmağa və ən böyük silah satışı bazarlarından birini qorumağa çalışır. İransa başı üzərində dolaşan müharibə buludlarını dağıtmaqçün bu təhlükəni yaradanları Suriyada mümkün qədər çox məşğul etmək niyyətindədir.
Amma onsuz da bu cür gedişat başqa çıxış yolu qoymur. Vəziyyətin belə davam edəcəyi təqdirdə Suriyaya hərbi müdaxilə qaçılmaz olacaq və kimin nə istəməsindən, hansı mövqedə dayanmasından asılı olmayaraq gec-tez bu baş verəcək. Bu səfər də aylardır bu ölkədə Bəşər Əsəd hökumətinin törətdiyi qətliama səssiz qalan “demokratiya tərəfdarları” fəallaşacaq. Onlar hansısa müstəqil ölkəyə başqa bir dövlətin hərbi müdaxiləsinin yolverilməz olduğu haqda müzahirələr oxuyacaq. O ölkə ki, onun müstəqilliyi əslində elə bir nəfərin – prezidentin müstəqilliyindən ibarətdir. O prezident ki, bu müstəqilliyi öz xalqı ilə istədiyi şəkildə rəftar etmək azadlığı kimi başa düşür.
Bütün hallarda, əgər Suriyaya hərbi müdaxilə olacaqsa, bunun da cavabdehi məhz bu ölkədə baş verənlərin memarı olan Bəşər Əsəd olacaq. Üstəlik onun öz ölkəsində aylardır törətdiyi qırğın heç də hansısa, xarici qüvvənin müdaxiləsindən daha məsum deyil. Yəqin indiki isterik durumu ona bu gerçəyi də anlamağa mane olur.
Unudulan ən böyük gerçək isə odur ki, heç kim dünyaya hökmdar olmaq üçün gəlmir. İnsanın həyatı boyunca edə biləcəyi ən böyük əməl elə insan olmaqdır.
Bu hər kəsin məqsəd və amalı olmalıdır. Elə Bəşər Əsədin də.
Axı, o, da insan şəklində yaradılıb.
Həm də “bəşər” ərəbcədən tərcümədə “insan” deməkdir axı...

9 fevral, 2012 - 15:46

Bəşər adına layiq olmayan

Bəşər adına layiq olmayan şəxsin törətdiyi amansızlıqla mən də razılaşmıram. Lakin xalqın, öz istəyinə çatması üçün belə üsüldan istifadə etməsinin də əlehinəyəm. Müzakirə mövzusu Liviya, Tunis, Yəmən və Suriya olsa belə. Həyat şəraitilə razılaşmayan yerli sakinlər üsyan etməklə özlərinə xələl gətirmiş oldu. Unutmayaq ki, ölkənin əvvəlki acınacaqlı vəziyyəti minlərcə insanın ölümünə səbəb olmamışdı. Suriyanın qara ləkəsi olan Bəşər də daxil olmaqla bəşəriyyətdə daşıdığı ada laiq olmayanlar tarix boyu yaşayıb və yaşayacaq da. Diqqəti Qəddafi, bin Laden, Səddam kimi yaxın keçmişin qara ləkələrinə çəkə bilərik. Hər halda belə mövzulara toxunmaq, nəyin pis, nəyin yaxşı olmasını seçə bilməyənlərə nümayiş etdirmək baxımından təqdirə layiqdir.

Müəllif Vuska (qonaq), tarix 15 fevral, 2012 - 16:21.
stdClass Object
(
    [cid] => 52
    [pid] => 0
    [nid] => 5827
    [subject] => Bəşər adına layiq olmayan
    [comment] => 

Bəşər adına layiq olmayan şəxsin törətdiyi amansızlıqla mən də razılaşmıram. Lakin xalqın, öz istəyinə çatması üçün belə üsüldan istifadə etməsinin də əlehinəyəm. Müzakirə mövzusu Liviya, Tunis, Yəmən və Suriya olsa belə. Həyat şəraitilə razılaşmayan yerli sakinlər üsyan etməklə özlərinə xələl gətirmiş oldu. Unutmayaq ki, ölkənin əvvəlki acınacaqlı vəziyyəti minlərcə insanın ölümünə səbəb olmamışdı. Suriyanın qara ləkəsi olan Bəşər də daxil olmaqla bəşəriyyətdə daşıdığı ada laiq olmayanlar tarix boyu yaşayıb və yaşayacaq da. Diqqəti Qəddafi, bin Laden, Səddam kimi yaxın keçmişin qara ləkələrinə çəkə bilərik. Hər halda belə mövzulara toxunmaq, nəyin pis, nəyin yaxşı olmasını seçə bilməyənlərə nümayiş etdirmək baxımından təqdirə layiqdir.

[format] => 2 [timestamp] => 1329304860 [name] => Vuska [mail] => Vusalektv@mail.ru [homepage] => [uid] => 0 [registered_name] => [signature] => [signature_format] => 0 [picture] => [data] => [thread] => 01/ [status] => 0 [depth] => 0 [new] => 0 )

Şərh

Содержание этого поля является приватным и не предназначено к показу.
  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • You can use BBCode tags in the text.
  • Строки и параграфы переносятся автоматически.
  • Image links with 'rel="lightbox"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Image links from G2 are formatted for use with Lightbox2
  • Image links with 'rel="lightshow"' in the <a> tag will appear in a Lightbox slideshow when clicked on.
  • Links to HTML content with 'rel="lightframe"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to video content with 'rel="lightvideo"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to inline or modal content with 'rel="lightmodal"' in the <a> tag will appear in a Lightbox when clicked on.

Подробнее о форматировании текста

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player