« Geri
Mətn ölçüsü:  

Anamın hər zaman mənə etdiyi bir duası var: “Allah hər zaman yaxşı insanlarla qarşılaşdırsın səni. Pis insanları isə həyatımızdan uzaq etsin.”

Bütün günümün demək olar ki, əsas hissəsini iş yerində keçirirəm və bu zaman düşünürəm ki, anamın mənim üçün istədiyi əslində çox yaxşıdır, amma reallaşması çətin məsələdir.

Adicə götürsək ki, iş yeri də akvarium kimi sıxışdırılmış bir yerdir, burda hər kəs mübarizə apararaq gününü keçirir, belə bir məkanda pisniyyətli kəslərin olmaması, yaxud da bizim onlarla qarşılaşmamağımız mümkündürmü?

Ətrafdakılarınızla məqsədləriniz əslində eyni deyil, amma bütün günü saxta gülüşlər, səmimiyyətdən uzaq söhbətlərlə onlarla qarşılaşmaq məcburiyyətindəyik. Hətta, aktyorlar kimi - kiçik səhnədə.

Bunların hamısını bir kənara qoyub, özümüzə bu sualı da veririk: “Bu şəraitdə nə qədər özüm ola bilirəm?”

Hər kəsin üzündə iş yeri üçün hazırladığı xüsusi “maska”sı varkən bir-birimizlə nə dərəcədə dürüst davrana bilirik?

Arxasınca danışıb, əgər lazım gələrsə quyusunu belə qazmaqdan çəkinməyən insanların, peşəkarcasına qarşısındakının üzünə gülənlərin, ikiüzlü şəxslərin çox olduğu bir mühitdə rahat olmaq heç mümkündürmü?

Şəxsi həyatınızda görüşməyini heç zaman qəbul etmədiyiniz insanlarla sözün əsl mənasında çiyin-çiyinə çalışmaq içərimizdəki dincliyimizi təmin edə bilərmi?

Hər zaman gələcəkdə sizin üçün bir işığın olacağına inanıb sonda isə xəyal qırıqlığına uğramaq... ruh düşkünlüyü yaradırsa...

Bəs axşam evə qayıdarkən bütün problemlərinizi, qayğılarınızı paylaşa biləcək bir insan varmı həyatınızda?

Yanında maska taxmaq məcburiyyətində qalmadığınız, əksinə Sizi olduğu kimi qəbul edən və sizi Siz olduğunuz üçün sevən birisi varmı?

Müsbətlərinizlə bərabər mənfilərinizi də qəbul edən...

Budurmu həyatdan gözlədiklərimiz...

İndi aynaya baxın, bir neçə saniyəliyə

Qarşınızdakının gözlərinin tam içinə

Aynadakı insan xoşbəxtdirmi?

(türkiyəli bir işçinin gündəliyindən)

16 yanvar, 2012 - 13:49

Şərh

Содержание этого поля является приватным и не предназначено к показу.
  • Адреса страниц и электронной почты автоматически преобразуются в ссылки.
  • You can use BBCode tags in the text.
  • Строки и параграфы переносятся автоматически.
  • Image links with 'rel="lightbox"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Image links from G2 are formatted for use with Lightbox2
  • Image links with 'rel="lightshow"' in the <a> tag will appear in a Lightbox slideshow when clicked on.
  • Links to HTML content with 'rel="lightframe"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to video content with 'rel="lightvideo"' in the <a> tag will appear in a Lightbox when clicked on.
  • Links to inline or modal content with 'rel="lightmodal"' in the <a> tag will appear in a Lightbox when clicked on.

Подробнее о форматировании текста

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player