« Geri

Bakı 1/4 final mərhələsinin ilk matçında məğlub olub

Mətn ölçüsü:  
Bakı 1/4 final mərhələsinin ilk matçında məğlub olub

Qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Təmsilçimiz “Bakı” bu mərhələdə ilk matçını səfərdə “Omiçka”ya (Rusiya) qarşı keçirib.

Görüşü gözlənildiyi kimi gərgin keçib. Lakin Ancelo Vercesinin yetirmələri Rusiya Super Liqasının sensasiya sevən klubunu büdrətməyə çalışsalar da, bunu bacarmayıblar. Kiprin “Famaqusta” və “Apollon”, Fransanın “Evre” və Xorvatiyanın “Rieka” komandalarını mübarizədən kənarlaşdıran avrokubokdakı debütantımız səfərdə tay-brekdə uduzub.

Belə ki, qarşılaşma “Bakı”nın üstünlüyü ilə start götürüb. Hətta Ancelo Vercesinin yetirmələri ilk texniki fasiləyə də öndə yollanıblar. Lakin bundan sonra ruslar oyunun axarını öz xeyirlərinə dəyişməyi bacarıblar. Nəticədə növbəti texniki fasiləyə 1 top irəlidə çıxan (16:15) “Omiçka” hissəni 5 xal öndə bitirib.

İkinci set isə daha gərgin olub. Əvvəlcə “Bakı”, sonra rəqib irəli çıxıb – 7:8, 16:13. Lakin Omsk təmsilçisi 3 xallıq fərqi 2 dəfə (19:19, 22:22) aradan qaldırsa da, paytaxt təmsilçisi hissələrin fərqini bərabərləşdirib – 1:1.

Bundan ruhlanan voleybolçularımız növbəti hissədə daha da əzmkar oyun nümayiş etdiriblər. Üçüncü setdə hər 2 texniki fasiləyə geridə yollanan “Bakı” (7:8, 14:16) hesabda irəli keçib – 2:1.

Lakin növbəti setlərdə komandamız yenidən təşəbbüsü əldən verib. Onlar hətta hissələrdə hesabda irəlidə olsalar da, yekunda son nöqtəni qoya bilməyiblər və “Bakı” sonda məğlubiyyətə üzülüb.

Buna baxmayaraq, komandamız bir həftə sonra Bakıda keçiriləcək cavab qarşılaşmasında qalib gəlməklə “Qızıl set”ə ümid edə bilər.

22 fevral, 2012 - 20:35


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player