« Geri

Bərdədə yol polisləri reyd keçirib

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Reyd zamanı çox sayda avtomaşın saxlanaraq cərimə meydançasına aparılıb. Maraqlı görüntülərin meydana gəldiyi reyd zamanı polislə sərxoş sürücülər arasında mübahisə də yaşanıb.

Bərdədə Dövlət Yol Polis bölməsinin əməkdaşları növbəti dəfə reyd keçirib. Reydin keçirilməsində əsas məqsəd avtomobillərin idarə edilməsində sürücülərin yol verdiyi qanun pozuntularını aşkar etmək olub. Polis əməkdaşlarının hədəfinə bu dəfə əsasən avtomobili sənədsiz idarə edən və texniki baxışdan keçməyən sürücülər tuş gəlib.

Cəmil Mirzəyev - Dövlət Yol Polis Bölməsinin rəisi: “Nəticələr var. Tərəfimizdən nəqliyyat vasitələri saxlanılıb. Sürücülük hüququ olmayan nəqliyyat vasitələri müvəqqəti saxlama dayanacaqlarına qoyularaq barələrində müvafiq tədbir görülüb. Eyni zamanda sərxoş sürücülər də saxlanılıb”.

Reyd zamanı polisin saxla əmrinə tabe olmayan, hətta müqavimət göstərən sürücülərə də rast gəlinib. Ancaq belələrindən fərqli olaraq bildirilən iradlarla və yazılan cərimələrlə razılaşan sürücülər də olub.

Eldar Əzimov - sürücü:Dedilər maşının qabaq tərəfi hündürdədir. Ona görə saxlayıblar. Mən də maşını təzə almışam endirdəcəkdim, imkan olmadı".

Saxlanılanlar içərisində avtomobilini texniki baxışdan keçməyənlərlə yanaşı, tələb olunan texniki şərtlərə cavab verməyən, dövlət nömrə nişanı açılan və avtomobilə əlavə vasitələr quraşdıran sürücülər də aşkar edilib.

Valeh Mustafayev - yol patrul inspektoru:Avtomaşın kütlənin qabaq oxları üzərində düzgün paylaşılmanı pozduğuna görə saxlanılıb. Yəni sürücü maşının qabaq oxlarına əlavə konstruksiyalar qoşub. Ona görə də maşının qabağı hündür durub. Bu qəzalara səbəb ola bilər”.


Bərdə rayon Dövlət Yol Polis Bölməsinin rəisi Cəmil Mirzəyevin sözlərinə görə, keçirilən reydlərdən narahat olmaq yox, müəyyən edilən hüquq pozmalardan və tutulan iradlardan nəticə çıxarmaq lazımdır. Ən azından bu elə sürücülərin öz təhlükəsizliyi baxımından önəmlidir. Qeyd edək ki, ictimaiyyətin və medianın dəstəyi ilə yol polisinin apardığı reydlər davam etdiriləcək.

Xəyalə Mürsəl

22 fevral, 2012 - 22:30


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player