« Geri

Azərbaycan Rusiya yığmasını ikinci dəfə məğlub edib

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Bakıda təlim-məşq toplanışında olan Rusiyanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Azərbaycan yığması ilə 3-cü yoxlama görüşündə qarşılaşıb. Oyunun ilk yarısında həmyerlilərimiz 2:0 hesabı ilə irəlidə olublar.

Topları rəqib qapısından Xatirə Əliyeva və Yuliya Muradi keçiriblər. Fasilədən sonra meydana qayıdan hokkeyçilərimiz inamlı oyun göstərməyi davam etdirərək Yuliya Muradinin vurduğu qolla hesabı 3:0-a çatdırıblar.

Ancaq bu da görüşdə vurulan son qol olmayıb. Muradi özünün 3-cü, komandasının isə 4-cü qolunu vurub. Matçın sonlarına yaxın Rusiya hokkeyçilərinin təsəlli qol vurmaq istəyi bir nəticə verməyib. Beləliklə, milli komandamız şimal qonşularımızla keçirdikləri 3-cü yoxlama görüşündə 4:0 hesabı ilə qələbə qazanıb. Xatırladırıq ki, ilk yoldaşlıq oyununda 0:1 hesabı ilə məğlub olan millimiz, təkrar qarşılaşmada 4:2 hesabı ilə qalib gəlmişdi.

Rusiya və Azərbaycan secmə komandaları arasında 4-cü oyun bu gün keçiriləcək. Matç başa çatdıqdan sonra Rusiya hokkeyçiləri vətənlərinə qayıdacaqlar.

22 fevral, 2012 - 16:48


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player