İstifadəyə verilən saytda 20 mindən artıq elektron kitab toplanıb. Kitab Mərkəzinin meneceri Rövşanə Səmədova sayt haqda məlumat verib və burada Azərbaycan, ingilis və rus dillərində kitabların olduğunu bildirib. Onun sözlərin görə, Burada eyni zamanda cəlbedici kafe də fəaliyyət göstərir. Müasir dövrdə təhsilin inkişafında informasiya texnologiyaları və internet əvəzsiz rol oynayır. Məhz bu baxımdan Kitab Mərkəzində açılan kompüter guşəsi alıcıların prioritetlərinə görə seçim imkanlarını genişləndirmək məqsədi daşıyır.