
AVTODROM
Əvvəllər elə hesab edirdilər ki, avtomobil sadəcə nəqliyyat vasitəsidir. Bir tərəfdən yanaşanda, bu bəlkə də belədir. Çünki, o, müasir insan həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin, zəmanəmizin təlabatını nəzərə alaraq, avtomobil alarkən, biz artıq avtomobilin dizaynına, markanın imicinə, salondakı cürbəcür “oyuncaqların” yaratdığı komforta, idarəetmə xüsusiyyətlərinə, mühərrikin gücü və sürət qutusu pillələrinin sayına, yanacaq sərfinə, səs izolyasiyasına və hətta rəng çalarına belə fikir veririk.
Bütün bunları nəzərə alaraq, avtomobillər haqda ətraflı məlumat verən və avtomobil həvəskarlarını onların dəmir atlarını yaxından tanımaları üçün, bir layihə işləyib hazırladıq və artıq 2008-ci lin 7 sentyabrından efirdəyik.
Komandamızın məqsədi, verilişimiz vasitəsilə, avtomobillər haqda təəssüratı sadələşdirmək ən son modellər haqda məlumat vermək, sürücü və piyadaları narahat edən nəqliyyat problemlərini işıqlandırmaq, qanunlar haqda avtomobil həvəskarlarını məlumatlandırmaq,bir sözlə avtomobil aləminin bir bələdçisi olmaqdır!
30 dəqiqəlik yayım müddəti olan "AVTODROM" növbəti rubrikalardan ibarətdir:
XƏBƏR - avtomobil aləmində əldə olunan ən son nəaliyyətlər, konsept modellər, yeni texnologiyalar, avtomobil dünyasından ən son xəbərlər
FM (faydalı məsləhət) - avtomobilin istismarına aid faydalı məsləhətlər
TARİX - avtomobil nəhənglərin xronoloji tarixi
Yol hərəkəti qaydaları - nişanlardan,ümumi yol hərəkəti qaydalarından bəhs edilir
AvtoServis - avtomobilin idarə edilməsi.
"AVTODROM"u bazar günləri saat 12:00-da izləyə bilərsiniz.
Verilişin aparıcısı Səadət Səfərli, müxbiri Elvin Hüseynlidi.