
AQRONOM
(kənd təsərrüfatı proqramı)
Bu layihə kənd təsərrüfatına həsr olunub. 30 dəqiqə efir müddəti ərzində verilişdə ölkənin Qərb regionunda baş verən kənd təsərrüfatı ilə əlaqəli bütün məlumatlar öz əksini tapır. Verilişə qonaq qismində dəvət olunan kənd təsərrüfatı mütəxəssisləri ilə həftə ərzində baş verən ən aktual mövzular müzakirə olunur.
“Aqronom”un məqsədi əsasən kənd təsərrüfatı zonası kimi tanınan Respublikanın Qərb bölgəsinin əlverişli təsərrüfat mühiti haqda tamaşaçılara məlumat vermək, mütəxəssislərin məsləhətlərini onlara çatdırmaqla yanaşı, bu istiqamətdə bilmədikləri mövzuları açmaqdır.
Həmçinin ölkənin özəl sektoru kimi kənd təsərrüfatının inkişafı üçün hər bir vətəndaşın üzərinə düşən vəzifələri yerinə yetirməyə sövq etməkdir.
Aqronom hər həftənin cümə axşamı saat 19:00-da “Kəpəz”-in efirində olacaq.