« Geri

Yeni il bayramı və Azərbaycanlıların Həmrəylik günü münasibətilə ölkədə 5 gün qeyri-iş günü olacaq

Mətn ölçüsü:  
Yeni il bayramı və Azərbaycanlıların Həmrəylik günü münasibətilə ölkədə 5 gün qeyri-iş günü olacaq

Yeni il bayramı və “Azərbaycanlıların Həmrəylik Günü” münasibətilə Azərbaycanda 5 gün qeyri-iş günü olacağı gözlənilir. Məlumata görə, Nazirlər Kabinetinin bu günlərdə qəbul edəcəyi qərarla Azərbaycanda 2011-ci il dekabrın 31-dən 2012-ci il yanvarın 5-nə kimi qeyri-iş günü olacaq. Dekabrın 31-i Azərbaycanlıların Həmrəylik günü, yanvarın 1-i, 2-si Yeni il bayramı münasibətilə qeyri-iş günü elan olunacaq. Dekabrın 31-i və yanvarın 1-i şənbə, bazar günlərinə düşməsi ilə əlaqədar olaraq yanvarın 3-ü və 4-ü də qeyri-iş günü elan olunacaq. Bildirək ki, Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.

21 November, 2011 - 16:08

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player