« Geri

Gəncənin qəsəbələrində infrastrukturun yenilənməsinə başlanılıb

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Gəncədə aparılan abadlıq və quruculuq işlərinin davamı olaraq, şəhərin qəsəbələrində infrastrukturun yenilənməsi prosesinə başlanılıb. Nəhayət ki, illər sonra Məhsəti qəsəbəsinin sakinləri abad yoldan istifadə edəcək, qaz, elektrik, su ilə təminatla bağlı problem yaşamayacaq.

Prezident İlham Əliyevin Gəncənin 5 qəsəbəsində infrastrukturun yenidən qurulması ilə bağlı verdiyi sərəncama əsasən işlərə başlanılıb. İlkin olaraq, şəhərin ən böyük qəsəbəsi sayılan Məhsəti yaşayış massivində qaz, elektrik, su və rabitə sistemi yenidən qurulur. Yöndəmsiz qurulan kommunikasiya xətləri ləğv edilir. Bundan başqa, qəsəbənin ilk olaraq mərkəzi küçəsinin gecə işıqlandırılması üçün dirəklər basdırılır. Yüksək gərginlikli elektrik xətləri SİP kabellərlə əvəzlənir. Aparılan yenidənqurma işləri çərçivəsində, yaşayış evlərinin yola çıxan hasarları sökülüb, səliqəyə salınır, yöndəmsiz tikililər ləğv edilir. Məhsəti qəsəbəsinə aparan avtomobil yolu da yenidən qurulur.

Sübhan Zeynalov –iş icraçısı: “Qəsəbənin 5 km ərazisinə salınacaq asfalt örtüyü üçün hazırlıq işləri aparılır. Hazırda torpaq qatının hamarlanması və həddindən artıq maili olan yerlərin torpaqlanması prosesi həyata keçirilir. Sabahdan etibarən qəsəbəyə asfalt örtüyünün çəkilməsinə başlayacağıq”.

Qəsəbədə piyadaların gediş-gəlişini asanlaşdırmaq üçün müəyyən işlər də görülüb. Belə ki, abadlaşdırılan yolun sağ və sol hissəsində 10 km səkinin salınması nəzərdə tutulur. Hazırda səki daşları düzülür. Qeyd edək ki, analoji işlər Gəncənin Natavan, Sadıllı, Cavadxan və Şıxzamanlı
qəsəbələrində də aparılacaq.

Xaliq Qurbanlı

20 October, 2012 - 15:59


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player