« Geri

Gəncədə və Qax-Şəki yolunda yol nəqliyyat hadisələri baş verib

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Dünən gecə Gəncədə və Qax-Şəki yolunda yol nəqliyyat hadisələri baş verib.
4 nəfərin ölümü ilə nəticələnən qəza zamanı biri yüngül olmaqla iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ötən gecə saat 23 radələrində Gəncənin Şah İsmayıl Xətai prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində piyadanın vurulması hadisəsi baş verib. Nəticədə şəhər sakini, 73 yaşlı Həmayə Nəbiyeva hadisə yerində dünyasını dəyişib. Gəncə şəhər Baş Polis İdarəsinindən verilən ilkin məlumata görə, qəzaya “Mercedes” markalı avtomobilin sürücüsü səbəb olub. Hadisənin təfərrüatları yaxınlıqda yerləşən mağazaların təhlükəsizlik kameraları tərəfindən yazılan videogörüntünün çıxarışından sonra məlum olacaq.

Qax-Şəki yolunda isə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə yolun Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndləri arasından keçən hissəsində baş verib. Qax rayon Qum kənd sakini, 55 yaşlı Cümşüd Balıyevin idarə etdiyi VAZ 2106 markalı avtomobillə Fərid İbrahimovun idarə etdiyi Ford markalı xırda tutumlu yük avtomobili toqquşub. Qəza nəticəsində VAZ 2106-da olan sərnişinlər -Qax rayonu Ləkit kənd sakinləri, Qax rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı 46 yaşlı Sevinc Qəhrəmanova və onun 13 yaşlı oğlu Əhməd Muradov hadisə yerindəcə dünyasını dəyişib. Sürücü Cümşüd Balıyev isə Qax MRX-ya çatdırılıb. Ancaq, onun da həyatını xilas etmək mümkün olmayıb. VAZ 2106-da olan digər sərnişin Qax rayonunun Süskənd kəndində yaşayan 50 yaşlı Sevda Şərifova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. “Ford”un sürücüsü Fərid İbrahimov isə yüngül xəsarət alıb.

Hər iki faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

2 dekabr, 2013 - 08:39


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player