« Geri

Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi və emalı sexi tikilir. İnşasına ötən il başlanılan kompleksin gələn ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda sexdə son tamamlanma işləri aprılır.
Xarici mütəxəssislərin layihəsi əsasında inşa edilən mərkəzləşdirilmiş kəsim sexində gün ərzində 150 baş iri, 400 baş xırda buynuzlu heyvanın və 1500 ədəd ev quşunun kəsimi, eləcə də ət istehsalı həyata keçirmək mümkün olacaq. Ərazidə ətin keyfiyyətini yoxlamaq üçün laboratoriyalar da fəaliyyət göstərəcək. Sexə daxil olan heyvanlar yoxlanıldıqdan sonra kəsimə göndəriləcək. Ət məhsullarının saxlanılması və rezervasiyası üçün soyuducu kameralar da inşa edilib.

Elay Sərməstbəyov- Gəncə Kəsim və Emal kompleksinin baş meneceri: “Gəncə kəsim fabrikinin inşasına 2012- ci ildə başlanııb. Kəsim kompleksi prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq aparılır. Kompleksdə kəsimdən başqa mal- qaranın və quş ətinin qablaşdırılması da aparılacaq. Kompleksin işə düşməsi nəticəsində 120 nəfər yeni iş yerləri ilə təmin olunacaq”.

Ümumilikdə kəsim sexi üçün 6 hektar ərazi ayrılıb. Bundan əlavə, bu sex vasitəsilə Gəncədə dönər məhsulları da mərkəzləşdirilmiş qaydada paylanacaq. Hazırda kompleksə Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlar gətirilib. Heyvanların kəsimi isə bütün şəriət qaydalarına uyğun aparılacaq.

Elay Sərməstbəyov- Gəncə Kəsim və Emal kompleksinin baş meneceri: “Emal sexlərində 48 çeşiddə ət məhsulları və 14 çeşiddə quş əti məhsulları istehsal olunacaq. Ən müasir avadanlıqlarla təchiz olunan kompleks alman texnologiyası əsasında inşa edilib. Avadanlıqlar tam müasir standartlara cavab verir və mərkəzi baza tərəfindən idarə olunur”.

Həmçinin kompleksdə heyvanın daşınması və yuyulması üçün dəmir yollar və yuma aparatları da quraşdırılıb. Bildirək ki, sözügedən bizneslə məşğul olan hər kəs qeyd olunan kəsim sexində daha sərfəli qiymətə heyvanlarını kəsdirə, sonra isə işlədiyi ərazidə sata bilər. Həmçinin kompleksdə dərilərin ilkin emalı prosesi aparılacaq. Burda emal olunan məhsullar nəinki Gəncə-Qazax iqtisadi zonasında, bütün ölkə bazarlarına çıxarılacaq. Bu irimiqyaslı layihə İqtisadi İnkişaf Nazirliyin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit hesabına həyata keçirilir.

Bildirək ki, Gəncə Kəsim və Emalı fabriki 6 hektar olmaqla Qafqazda ən böyük kompleksdir. Fabrikin 2014- cü ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulub.

12 October, 2013 - 13:19


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player