« Geri

“Korrupsiya ilə bağlı qanunvericilik kifayət qədər təkmil, cəzalar da sərtdir” - Kamran Əliyev

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

“Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələri vermələri ilə bağlı məsələlər müzakirədədir və kifayət qədər təkmil mexanizm hazırlamaq istəyindəyik”. Bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib. O deyib ki, bu məsələ yaxınlarda həllini tapacaq. Onun sözlərinə görə, korrupsiya ilə bağlı qanunvericilik kifayət qədər təkmil, cəzalar da sərtdir. "Qanunvericiliyimiz Avropa standartlarına uyğundur. Vəzifəli şəxslərin dairəsi ötən il daha da genişləndirildi. Qanunvericiliyin düzgün tətbiqi bizdən asılıdır. Aktiv rüşvətxorluğun, yəni rüşvət verməyə görə məsuliyyətin ləğv olunması ikili yanaşma ola bilər" - Əliyev deyib.

27 yanvar, 2012 - 17:50


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player