« Geri

“Gəncənin bələdçisi” adlı kitab hazırlanır

Mətn ölçüsü:  

Xahiş edirik flash player yükləyəsiz.

Şərqin qədim elm və mədəniyyət mərkəzlərindən biri olan “Gəncənin bələdçisi” kitabı nəşrə hazırlanır. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Regional Elmi Mərkəz tərəfindən hazırlanan kitab ilkin olaraq Azərbaycan dilində çap ediləcək.

Gəncənin bələdçisi adlı kitabda şəhərin tarixi, coğrafi mövqeyi, təbii şəraiti, mədəni səviyyəsi, sənətkarlıq nüminələri, elm və təhsili barədə məlumatlar yerləşdiriləcək. Bələdçinin hazırlanmasında məqsəd Gəncənin qədim dövrdən bu günə kimi inkişaf tarixinin şəhərə gələn qonaqlara təqdim olunmasıdır.

Samir Pişnamazzadə - Gəncə Regional Elmi Mərkəzin direktor müavini:Əsərin içində Gəncənin 3.000 illik tarixi məsələsi qoyulub. Həqiqətən bizim şəhərimizin daha qədim yaranma tarixinə malik olması, GREM tərəfindən belə bir kitabın akademik səviyyədə hazırlanması həm də elmi mənbə cəhətdən daha dəqiq və doğru olmasını göstərəcək”.

Azərbaycan dilində çapa hazırlanan kitab alman, ingilis, fransız və.s dillərə tərcümə ediləcək. Hazırda isə Gəncənin bələdçisi adlı kitabın Azərbaycan variantı üzərində redaktə işləri aparılır. Kitabın, həmçinin, elektron versiyası da hazırlanacaq.

106 səhifədən ibarət “Gəncənin bələdçisi” adlı kitabda Gəncə mətbəxinin ləziz təamlarından da geniş şəkildə bəhs olunur.

Samirə Süleymanlı

14 fevral, 2012 - 19:27


Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player